Qarabağa keçən PKK-çılar tutuldu – XUDAFƏRİNDƏ

Güney Azərbaycanın Xudafərin şəhərinin İbrahim Səmi kəndində 8 PKK terrorçusu İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
 
Terrorçular Araz çayından Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ ərazisinə keçmək və erməni terrorçularına qoşulmaq istəyirmişlər. Terrorçulardan xeyli silah-sursat götürülüb.
Polis əməkdaşları tərəfindən tutulan terrorçular İran Kəşfiyyat Nazirliyinin yerli bölməsinə təhvil verilib.