Çempionlar Liqasında III tura yekun vurulub –NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında III tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında III turun oyunları keçirilib.
A qrupunda “Arsenal”ın “Ludoqorets”i darmadağın edib. PSJ də “Bazel”lə oyunda çətinliklə üzləşməyib - 2:0.
Türkiyənin ÇL-dəki yeganə təmsilçisi olan “Beşiktaş”ı ağır İtaliya səfərində qələbə qazanmağı bacarıb. Qrupun digər görüşündə Kiyev “Dinamo”su “Benfika”ya uduzub.
Turun mərkəzi qarşılaşması C qrupunda baş tutub. Belə ki, itkisiz irəliləyən “Barselona” öz meydanında “Mançester Siti” ilə üz-üzə gəlib. Bu isə o deməkdi ki, “şəhərlilər”in çalışdırıcısı Xosep Qvardiola yenidən rəqib qismində “Nou Kamp”a ayaq basıb. Ancaq sonluq heç də Xosep üçün xoş olmayıb. Belə ki, "Barselona" keçmiş məşqçisini 4 qolla boynubükük yola salıb.
D qrupunun lideri “Atletiko” səfərdə “Rostov”a qalib gəlib - 1:0. “Bavariya” öz meydanında “PSV Eyndhoven”i darmadağın edib - 4:1.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, III tur
19 oktyabr
A qrupu
“Arsenal” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) - 6:0
Qollar: Aleksis, 12, Uollkot, 42, Çemberleyn, 48, Məsut, 56, 83, 87
PSJ (Fransa) – “Bazel” (İsveçrə) - 3:0
Qollar: Di Maria, 40, Lukas, 62, Kavani, 90+3 (pen.)
1. | Arsenal | 3 | 2 | 1 | 0 | 9:1 | 7 |
2. | PSJ | 3 | 2 | 1 | 0 | 7:2 | 7 |
3. | Bazel | 3 | 0 | 1 | 2 | 1:6 | 1 |
4. | Ludoqorets | 3 | 0 | 1 | 2 | 2:10 | 1 |
B qrupu
“Napoli” (İtaliya) – “Beşiktaş” (Türkiyə) - 2:3
Qollar: Mertens, 30, Qabbiaddini, 69 - Adriano, 13, Abubakar, 38, 86
“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) - 0:2
Qollar: Salvio, 9 (pen.), Çervi, 55
1. | Napoli | 3 | 2 | 0 | 1 | 8:6 | 6 |
2. | Beşiktaş | 3 | 1 | 2 | 0 | 5:4 | 5 |
3. | Benfika | 3 | 1 | 1 | 1 | 5:5 | 4 |
4. | Dinamo Kiyev | 3 | 0 | 1 | 2 | 2:5 | 1 |
C qrupu
“Seltik” (Şotlandiya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 0:2
Qollar: Stindl, 57, Haan, 77
“Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 4:0
Qollar: Messi, 17, 61, 69, Neymar, 89
1. | Barselona | 3 | 3 | 0 | 0 | 13:1 | 9 |
2. | Mançester Siti | 3 | 1 | 1 | 1 | 7:7 | 4 |
3. | Borussiya M. | 3 | 1 | 0 | 2 | 3:6 | 3 |
4. | Seltik | 3 | 0 | 1 | 2 | 3:12 | 1 |
D qrupu
“Rostov” (Rusiya) – “Atletiko” (İspaniya) - 0:1
Qol: Karrasko, 62
“Bavariya” (Almaniya) – “PSV Eyndhoven” (Hollandiya) - 4:1
Qollar: Müller, 13, Kimmix, 21, Levandovski, 51, Robben, 84 - Narsinq, 41
1. | Atl. Madrid | 3 | 3 | 0 | 0 | 3:0 | 9 |
2. | Bayern | 3 | 2 | 0 | 1 | 9:2 | 6 |
3. | PSV | 3 | 0 | 1 | 2 | 3:7 | 1 |
4. | FK Rostov | 3 | 0 | 1 | 2 | 2:8 | 1 |