Azərbaycanda məhbus öldü
12-09-2016 11:16

Azərbaycanda məhkum ölümü baş verib.
APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Novruz Novruzov qəfildən dünyasını dəyişib.
Məlumata görə, N. Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.