Vurulan təkcə “Sadovod” deyil - Moskvanın iri ticarət mərkəzləri yanır / VİDEOLAR

Baxış sayı:
109

Xəbər verildiyi kimi, bu gün səhər Ukrayna PUA-larının Moskva şəhəri və Moskva vilayətinə hücumu zamanı zərər görən obyektlərdən biri də Moskvanın ən böyük ticarət mərkəzlərindən biri kimi tanınan və Azərbaycan əsilli iş adamları Qod Nisanova, Zarah İliyevə və Vladimir Putinin tələbə yoldaşı İlham Rəhimova aid olduğu bildirilən “Sadovod” olub. PUA qalıqlarının düşməsi nəticəsində mərkəzdə böyük yanğın qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, “Sadovod”la yanaşı Moskvaya aid Kotelnikidəki “MEGA Belaya Daça” iri ticarət mərkəzində də yanğın baş verib. Ticarət mərkəzinin damına dron parçaları düşərək yanğına səbəb olub. Rəhbərlik ticarət mərkəzinin "texniki səbəblərə görə" müvəqqəti olaraq bağlandığını açıqlayıb. Bu barədə Rusiya mediası və “Telegram” kanallarında məlumat və videogörüntülər yayımlanıb.

Bundan əlavə, Moskvadakı fövqəladə durum səbəbindən paytaxt aeroportlarında 200-ə yaxın reys təxirə salınıb, nəticədə hava limanlarında kollaps yaşanır.