SEPAH qərargahları belə vuruldu - VİDEO

Baxış sayı:
243

İsrail Hərbi Hava Qüvvələri ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatın ilk rəsmi kadrlarını paylaşıb.

Videogörüntülərdə Tehran və ətrafındakı hərbi infrastrukturun, o cümlədən SEPAH-ın qərargahlarının dəqiqliklə vurulma anları əks olunub.

IDF-in yaydığı məlumatda qeyd olunur ki, zərbələr yalnız hərbi təyinatlı obyektləri, raket istehsalı müəssisələrini və Ali Rəhbər Ayətullah Xameneyinin iqamətgahı yaxınlığındakı operativ mərkəzləri hədəf alıb. Videolarda Tehrandakı bəzi strateji binaların üzərindən qara tüstülərin yüksəldiyi aydın görünür.

İsrail rəsmiləri bu görüntüləri "İran rejiminin hərbi gücünün darmadağın edilməsi" kimi təqdim ediblər. Eyni zamanda, sosial şəbəkələrdə Tehranda yaşayan mülki vətəndaşların bu zərbələri izləyərkən çəkdiyi qeyri-rəsmi kadrlar da yayılıb. Bəzi videolarda sakinlərin zərbə endirilən yerləri "liderin evi" adlandırdığı və hadisəni maraqla izlədiyi eşidilir./musavat.com