Xamenei minlərlə insanın öldürüldüyünü TƏSDİQLƏDİ

Baxış sayı:
223

İran rejimi etirazlar zamanı minlərlə insanın öldürüldüyünü təsdiqləyib.

Bu barədə İranın ali rəhbəri Əli Xameneyi "X" hesabında paylaşım edib.

O bildirib ki, aksiyalar zamanı 250 məscid, 250-dən çox təhsil və elm mərkəzi vandallığa məruz qalıb.

Xameneyinin sözlərinə görə, etirazlarda "bir neçə min insan" qətlə yetirilib.

O, qətllərin ABŞ və İsrail tərəfindən həyata keçirildiyini iddia edib.