Bakıda sahibkar özbaşınalığı -Məktəb yolunu bağladı: "Açmayacağam" - FOTO

Baxış sayı:
248

Yasamal rayonunun Yeni Yasamal-1 ərazisində sahibkar tərəfindən aparılan tikinti işləri 98 saylı uşaq bağçası və 286 saylı orta məktəbə gedən yolun bağlanmasına səbəb olub.

Bununla bağlı Musavat.com-a Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçələrində yaşayan sakinlər müraciət edib. Onlar bildiriblər ki, 6 aydan çoxdur ki, uşaqlarını bağçaya aparmaq üçün əlavə olaraq təxminən 1 kilometr məsafə qət edirlər. Eyni zamanda Əsəd Əhmədov küçəsi, Yeni Yasamal 1 və Yeni Yasamal 2 ünvanlarında yaşayan ailələrin uşaqları 286 saylı orta məktəbə gedərkən ciddi çətinliklərlə üzləşirlər.

Sakinlərin bildirdiyinə görə, tikinti aparan şəxs avtomobil yolunu zəbt edərək onu öz ərazisinə qatıb. Piyada yolu isə 6 aydan artıqdır tamamilə bağlı saxlanılır.

Valideynlər hesab edir ki, piyada yolunun uzun müddət bağlı qalmasının əsas məqsədi bu yolun zamanla “yaddan çıxması” və gələcəkdə tam şəkildə tikinti ərazisinə daxil edilməsidir:

“Qış mövsümündə – soyuq, külək, yağış və qar şəraitində bu vəziyyət xüsusilə uşaqlar üçün ciddi çətinlik yaranır. Dəfələrlə müraciət etməmizə rəğmən piyada yolunun heç olmasa müvəqqəti açılması təmin olunmayıb.

Tikinti sahibi məsələ ilə bağlı edilən müraciətlərə laqeyd yanaşaraq, yolun yalnız tikinti başa çatdıqdan sonra açılacağını bildirir. Bu isə təhsil müəssisələrinə gedən yolların uzun müddət bağlı qalacağı ehtimalını artırır”.

Sakinlər aidiyyəti qurumların məsələyə biganə qalmasından narahatdırlar və ictimai istifadə üçün nəzərdə tutulmuş maşın və piyada yollarının zəbt edilməsinin araşdırılmasını tələb edirlər.

Qeyd edək ki, sözügedən ərazi Yasamal rayonunun Yeni Yasamal hissəsində, məktəb və uşaq bağçasına aparan əsas yolun üzərində yerləşir.

0df2bb30-6b4f-4975-86d6-c79fc465f726.jpg (239 KB)

3a09e040-b2d8-4d14-bc95-c51f50132080.jpg (293 KB)

6a01863f-7634-4468-a253-4717e3945ccc.jpg (284 KB)

1aaa87f7-0956-48af-a3a7-78790116846a.jpg (254 KB)

919986d1-861d-475c-a4b1-5f68b1a31a8e.jpg (295 KB)

f1a7d5ed-f3e8-4bfc-a349-6f64a0d3f73b.jpg (325 KB)

86187ef6-87ea-413a-a636-a7986572540e.jpg (429 KB)