Rasim Məmmədov həbsxanada nazir müavini və icra başçısına...- "Türmə"dən ŞOK MƏLUMAT

Baxış sayı:
487

Bir müddət əvvəl həbsdən çıxan İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov yeni vəzifəyə təyin olunub. O, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti "seçilib". Bəs necə olur ki, həbsdən yeni çıxan Rasim Məmmədov belə yüksək vəzifəyə təyin olunub? 
Muxalifet.az
xəbər verir ki, bu məsələ ilə bağlı maraqlı iddialar ortaya çıxıb. Bildirilir ki, qalmaqallı şəkildə həbsə atılan Rasim Məmmədov Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində özünə yeni dəstəkçilər qazanıb. Mənbəmizin məlumatına görə, həbsxanada da özünəməxsus sərt davranışları ilə seçilən Məmmədov tez-tez İNK adından həbsxana rəhbərliyinə öz etirazını bildirərək, böyük səs-küy yaradıb. Vəziyyət bəzən elə pik həddə çatıb ki, həbsxana rəhbrliyi Rasim Məmmədovun şikayətini daha yuxarı orqanlara çatdırmalı olub.
Mədəniyyət Nazirinin keçmiş müavini Zakir Sultanov, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, ZaminBankın İH-nin sədri E. Nadir, Vüqar Səfərli, Astara İH-nin sabir müavini Tofiq Əliyev. Bu adlar yəqin hər birinizə tanışdı. 17 saylı cəzaçəkmə müəssisəində cəzaçəkən köhnə milyarderlərin tək ümid yeri Rasim Məmmədovdur. Onlar belə "vuran-yıxan" Rasim Məmmədova bəzi işlərində maddi dəstək olmaqla, müəyyən hökumət orqanlarına "çıxmaq" istəyirlər.
Bu haqda məlumat verən mənbə bildirir ki, Rasim Məmmədov həbsdən azad olunandan sonra keçmiş məmurlar onunla müxtəlif vaxtlarda əlaqə yaratmağa çalışıblar.
Onu da bildirək ki, 17 saylı cəzaçəkmə müəssisəsində keçmiş məmurlar sanki R.Məmmədovdan çəkinib. Bu mənada sabiq icra başçısı Vilyam Hacıyev daha çox fərqlənib.
Məsələ ilə bağlı adıçəkilən şəxslərin vəkilləri ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı. Daha sonra İNK sədri Rasim Məmmədov iddialara belə reaksiya verdi:  "Mən təşkilatımın sədri kimi həbsxanada da İctimai Nəzarəti həyata keçirirdim və bu da bizim Azərbaycanımıza xidmətimizdir. Digər suallara vaxtım yoxdur, sağ olun!"

Mövzunu diqqətdə saxlayacağıq!