Gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO

Baxış sayı:
56547

İranda keçmiş siyasi məhbus 20 yaşlı Sara Təbrizi İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə (ETTELAAT) çağırıldıqdan sonra şübhəli şəkildə ölüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı insan haqları təşkilatlarından birinə istinadla xəbər verib.

Bildirilib ki, çağırıldıqdan bir gün sonra təbrizli gənc qızın cansız bədəni evində tapılıb.

Sosial şəbəkə istifadəçiləri Sara Təbrizi haqqında paylaşımlar edərək onun dəfələrlə repressiv hökumət qüvvələri tərəfindən təhdid edildiyini bildiriblər. Onlar güneyli qızın ölümünü “hökumət qətli” adlandırıblar.

O da vurğulanıb ki, Sara Təbrizi 2023-cü ilin oktyabr-noyabr aylarında həbsdə olub.