“Putinin bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur” – PESKOVDAN AÇIQLAMA

Baxış sayı:
7254

“Rusiyanın növbəti prezidenti Vladimir Putinlə eyni olmalıdır”.
“Kommersant” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov “MGIMO 360” tələbə xəbər kanalına müsahibəsində növbəti prezidentin necə olması ilə bağlı suala “eyni” cavabını verib. Bunun mümkün olub-olmadığını soruşduqda Peskov, "yaxud fərqli, amma eyni", - deyib.
Qeyd edək ki, Vladimir Putin hələ 2024-cü ilin yazında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamayıb. Ümumilikdə o, 19 il prezident vəzifəsini icra edib.
“Putin namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o, bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə, bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur”, - deyə Peskov bildirib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçirilməlidir. Federasiya Şurası 2023-cü ilin dekabrında seçkilərin tarixi ilə bağlı rəsmi qərar verəcək.