Həmkəndlisi ilə mübahisə etdi, ov tüfəngindən havaya atəş açdı... - POLİS MÜDAXİLƏ ETDİ

Baxış sayı:
44131

Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.  

Muxalifet.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib, xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.

Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər.

Faktla bağlı araşdırma aparılır.