İNDİ O UŞAQLARIN OYUNCAĞI RUSLARIN ATDIĞI BOMBALARIN PARÇALARIDIR... - Ancelina Coli Lvovdan özü ilə götürdüyü bomba parçasını göstərdi / FOTO

Baxış sayı:
39448

Xəbər verdiyimiz kimi, Hollivud aktrisası Ancelina Coli bir neçə gün Ukraynada səfərdə olub. Könüllü olaraq Lvova gələn aktrisa, burada müharibədən zərər çəkmiş uşaqlarla görüşüb.

Muxalifet.az xəbər verir ki, o, “İnstagram” səhifəsində balaca qızın tapdığı bomba parçası ilə foto paylaşıb.

"Bir neçə gün əvvəl Lvovda olarkən mənə kiçik bir qızın tapdığı "xüsusi daş"ı göstərdilər. Onu tapan uşaq oynadığı daşın əslində bomba parçası olduğunu anlamırdı. Onun parlaqlığı və qeyri-adiliyi şübhəsiz ki, uşağın diqqətini çəkmişdi", - deyə Coli yazıb.


Aktrisa həmçinin bildirib ki, həkimlər uşaqların bədənində belə bomba parçaları tapıblar. Onların bəziləri çıxarılıb, bəzilərini isə çıxarmayıblar, çünki bəzi uşaqlarda həyati orqanların yaxınlığında ilişib qalıblar.

Bundan əlavə, Coli bir daha Ukraynadakı müharibəni dayandırmağa çağırıb. O, Rusiyanın Ukraynaya hücum etdiyi ilk gündən müharibəni pisləyir.