FƏRMAN PREZİDENTİN, İCRA ETMƏMƏK MƏMURLARIN… - Baş prokurorluğun heç bir telefon nömrəsi işləmir

Baxış sayı:
16969

161, 961  qaynar xəttləri vətəndaşları ələ salmaqla məşğuldur

Çağrı mərkəzlərinin başlıca funksiyası vətəndaşların müraciətlərinə operativ şəkildə baxılmasının təmin edilməsidir. Nə yazıq, nəinki qısa nömrəli bağlantı telefonları, hətta stasionar 7 rəqəmli nömrələr də zəngləri qəbul etmir. Təsəvvür edin, baş prokurorluğun saytında onun vəzifəli şəxslərinin telefon nömrələri yerləşdirilib, amma heç bir nömrə zəngləri qəbul etmir. Özü də aylar -illərlə! Belədə bu nömrələri məngirləməyin nə anlamı var? Bəyəm telefonlar yaraşıq üçündür? 161 qaynar xətti və 961 çağrı mərkəzinin iş(ləməməs)i lap görəcəkdir. Nə qədər tənqid edirsən, tənqiddən nəticə çıxarmaq yerinə,  yeni – yeni qadağalar fikirləşilir.
 04.04.2022-ci ildə saat 12-30 -dan bir saat ərzində 161 və 961 qaynar telefon xəttinə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin Rəşad Məmmədov adlı müstəntiqinin 7 aydır qərarını verməməsindən, hələ də borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində saxta şəhadətnamə ilə ələ keçirdikləri Bəhruz Nuriyev -10a ünvanındakı otaqlardan çıxmamalarından  zəng etmək çabamız həmişəki kimi uğursuz oldu. Hər iki nömrə bizi “növbədə gözlədib”, sonda yenidən “bəxtimizi sınamağı” tövsiyə etdi. “Bəxtimiz isə gün ərzində açılmadı ki, açılmadı”. Prezident Administrasiyasının 1111 çağrı mərkəzi zəngi tez bir zamanda qəbul etsə də, şikayətimizin qəbul edilməsinin nəzərdə tutulmadığı, uyğun dövlət məmurunun qəbuluna gəlmək bildirildi. Qəbula elektron qaydada – onlayn yazılmağın isə mümkün olmadığı vurğulandı. Prezidentə elektron qaydada müraciət etməyə qoyulan “texniki qadağanın“ hələ də qüvvədə olduğunu da biz vurğulayaq . Onda bu qaynar xətlər, çağrı mərkəzləri, adi stasionar nömrələr nədən ötrüdür? Vətəndaşlara nömrə gəlməkdən ötrü?
Vətəndaş dərdini kimə deyəcəyini bilir, necə deyəcəyini bilmir. Lap deyəndə də, dərdinə dərmanın- araşdırılmanın hansı mərhələdə olmasına cavab ala bilmir. Nömrələr ya ələ salır, ya da susur. Hər iki halda vətəndaşın şikayət etmək hüququ olsa da, bu hüquq qadağa altındadır. Belə təsəvvür yaranır ki, nəzarət orqanlarının özləri qanunsuzluğun çiçəklənməsinə nəzarət edirlər.
… Bir həftə əvvəl 161 qaynar xəttindən Fuad Piriyev adlı növbətçi prokuror ( Hüseyn Mustafayev adlı növbətçi prokuror kimi)  şikayəti qeydə almaqdan imtina etdi ki, sabah idarədən zəng ediləcək. 7 sabah keçib, hələ də cavab yoxdur. Bir məsələ də qaranlıqdır. Prezident Administrasiyasının 1111 çağrı mərkəzi şikayətləri qəbul etməyəcəksə, onun yaradılması nəyə xidmət edir? Heç telefonla qəbula da yazılmaq olmursa , bu xidmətin heç bir effekti olmayacaq.
Prezident 04.04.2022 tarixində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında fərman verdi, amma korrupsiyaya qarşı mübarizə baş idarəsinin telefonları hələ də kor ilə bağlı şikayətlərin qəbul etmir . Prezidentin məhkəmə sisteminində islahatların dərinləşdirilməsi haqqında 03.04.2019 tarixli fərmanından isə 3 il ötdü. İslahatlar yerinə məhkəmələrdə korrupsiya halları dərinləşdi. Necə deyərlər, fərman prezidentin, icra etməkdən imtina məmur ordusunun...
 
Məğrur BƏDƏLSOY