SAAKAŞVİLİ TƏRƏFDARLARINA NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ – “İnanıram ki, qələbəni birlikdə qeyd edəcəyik ”
25-10-2021 13:23
Baxış sayı:
753

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından tərəfdarlarına növbəti məktub ünvanlayıb.
Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, eks-prezident 30 oktyabr seçkilərinin əhəmiyyətini vurğulayıb və tərəfdarlarını səs verməyə çağırıb.
“Dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm...
Hər kəsin iradəsini ifadə etmək və məntəqələrə nəzarət etmək üçün oktyabrın 30-da seçkiyə gəlməsi vacibdir.
Qələbə yaxındır, mənim azadlığım sizdən asılıdır və inanıram ki, qələbəni birlikdə qeyd edəcəyik ”, - Saakaşvilinin məktubunda deyilir.
Xatırladaq ki, eks-prezident oktyabrın 1-də Tiflisdə həbs edildikdən sonra aclıq aksiyasına başlayıb.