İran səfiri “regional təhdid” deyəndə hansı ölkəni nəzərdə tutub? – ERMƏNİSTANDAKI GÖRÜŞÜN DETALLARI
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Qafqaz.media bildirir ki, bu barədə erməni KİV-ləri TŞ-nin mətbuat xidmətinə əsasən məlumat yayıb. Səfir görüşdə Ermənistanı ölkəni «dost və qardaş ölkə» adlandırıb.
Danışıqlar zamanı tərəflər yeni regional təhdidləri müzakirə ediblər. İranın Çabahar limanının həm regional, həm də Ermənistan-İran əlaqələri kontekstində, xüsusilə Qərbi Zəngəzurun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Bizim şərh: Sözsüz ki, İran və Ermənistan rəsmilərinin hallandırdıqları «yeni regional təhdidlər» termini altında Azərbaycan, Türkiyə, İsrail və hətta Pakistan da nəzərdə tutulur. Pakistanın bu təhdidlər sinfinə daxil olmasının səbəbi isə Əfqanıstanda taliblərin hakimiyyətə gəlməsindən sonra İrana əl-qol açmağa imkan verməməsindən qaynaqlanır.