Qırğızıstan və Tacikistan atəşkəs elan etdilər - YENİLƏNİB

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, razılığa əsasən, bu gün saat 20:00-dan atəşkəs qüvvəyə minəcək. Hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaqlar.
Bundan əlavə, tərəflər ərazidə monitorinq aparılması barədə də razılıq əldə ediblər.
**17:27
Qırğızıstan sərhədində baş verən silahlı toqquşmada Tacikistanın 3 vətəndaşı həlak olub, 31-i isə yaralanıb.
Bu barədə Tacikistanın İsfərah şəhərinin meriyası məlumat yayıb.
Yaralılar arasında şəhərin meri də var.
Qeyd edək ki, bundan öncə qırğız qüvvələrin taciklərə məxsus sərhəd postunu ələ keçirdiyi deyilmişdi.
**16:53
Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb. Qeyd edilib ki, atışma sərhəddəki hərbi hissələr arasında baş verib. Hadisə nəticəsində 15-dək şəxs yaralanıb. Onlardan 2 nəfərin vəziyyəti ağırdır.
Bundan əlavə, Qırğızıstanın sərhəd xidməti Tacikistan sərhədçilərini mülki əhalini qarşıdurmaya təhrik etməkdə günahlandırıb və onların mümkün qurbanlara görə məsuliyyət daşıyacaqlarını əlavə edib.