ABŞ Konqresi Baydeni rəsmi olaraq yeni prezident kimi tanıdı
7-01-2021 13:24
Baxış sayı:
900

ABŞ Senatı və Nümayəndələr Palatası Cozef Baydenin prezident seçilməsini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, iclas ABŞ-ın xəbər telekanallarında canlı yayımlanıb.
Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb.
Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti kimi Co Baydenin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.