Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1176

Noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.