Səhər saatlarından düşmənin daha 4 tankı məhv edildi - MÜDAFİƏ NAZİRLİYİ AÇIQLADI
29-09-2020 09:05
Baxış sayı:
1567

Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir.
Muxaılifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.
Hazırda döyüşlər davam edir.