Meyxanaçı Vüqar Coratlı qəfil vəfat etdi - FOTO
14-08-2020 18:20
Baxış sayı:
5257

Meyxanaçı Vüqar Hüseynov vəfat edib.
Muxalifet.az xeberle.com-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında dünyasını dəyişib. Onun səhhətində yaranan problemə görə dünyasını dəyişdiyi bildirilir. 37 yaşlı meyxanaçı Corat kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Vüqar Corat kimi tanınan meyxanaçı 2002-ci ildə, 19 yaşında "De, gəlsin" meyxana yarışmasının qalibi olmuşdu. O, meyxanaçı Mahir Cürətin tələbəsi sayılırdı.