Azərbaycanda məşhur vəkil evində əməliyyat edildi: “Xəstəxanalarda yer yoxdur”
26-06-2020 15:10
Baxış sayı:
1442
Azərbaycanın tanınmış vəkillərindən biri olan Loğman Abdullayev evində cərrahiyyə əməliyyatı keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Gununsesi.org-a vəkilin özü bildirib.
Onun sözlərinə görə, paytaxt xəstəxanalarında yer olmadığı üçün cərrah onun evinə gəlib:
“Hər şey arxada qaldı. Xəstəxanalarda yer olmadığı üçün əməliyyatı evdə elədilər. Xəstəxana dili ilə desək, reanimasiyadan palataya verildim. Ayağımdan əməliyyat olundum”.