Türkiyədə koronavirusdan daha 18 nəfər öldü
15-06-2020 22:19
Baxış sayı:
1300
Son sutkada Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının ümumi sayı 4 825 nəfərə çatıb.
Nazir qeyd edib ki, son bir gündə koronavirusa 1 592 nəfər yoluxub. Beləliklə, koronavirusa yoluxma hallarının ümumi sayı 179 831 nəfərə yüksəlib.
Virusa yoluxmuş 927 nəfər sağalaraq evə buraxılıb. Hazırda qonşu ölkədə COVID-19-dan sağalanların ümumi sayı 152 364 nəfər təşkil edir.