Əksər rayonlar və şəhərlər arasında gediş-gəliş bərpa olundu
4-05-2020 09:35
Baxış sayı:
2692
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş 4 may saat 00.00-dan bərpa olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Lakin bu qərar ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə aid deyil. Yəni, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağandır.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejiminin müddəti mayın 4-də bitməli idi.