Ərdoğan S-400 müzakirələrinə nöqtə qoydu: “ARTIQ BİZİM MALIMIZDIR”
6-03-2020 17:37
Baxış sayı:
3160

Türkiyə prezidenti R.T.Ərdoğan Putin ilə görüşdən sonra, Moskva səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verib.
“Rusiya ilə baş vermiş problem S-400 layihələrinə təsir göstərərmi?” sualına cavab verən Ərdoğan deyib: “S-400 hazırda bizim malımızdır. S-400 ilə bağlı təlimlər davam edir. S-400 sistemini təslim almışıq. Tam şəkildə əlimizdədir. Apreldən etibarən, artıq fəal hala gələcəkdir. Amma yenə söyləyirəm, dünən də Amerika tərəfinə söylədim: “Əgər Patriot versəniz, biz sizdən də Patriot alarıq”./Hurriyyet.org