ABŞ və İran barışığa çağırıldı
5-01-2020 14:51
Baxış sayı:
1648
Avstriya Xalq Partiyasının sədri və ölkənin gələcək kansleri Sebastian Kurts Tehranla Vaşinqton arasında gərginliyin aradan qaldırılması üçün Vyanada İran-ABŞ sammitinin keçirilməsi təklifini edib. Muxalifet.az bildirir ki, bu barədə o, “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib. “Təbii ki, İranla ABŞ yenidən danışıqlar aparmaq istəsə, Vyana bu danışıqların baş tutacağı məkan olmağa hazırdır”, - deyə Kurtz qeyd edib. O, Avsriya paytaxtında bir neçə dəfə İranın nüvə proqramı ilə bağlı danışıqların keçirildiyini xatırladıb.