Səadət Yusifova yüksək vəzifəyə təyin edildi
3-12-2019 11:45
Baxış sayı:
6883
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. Muxalifet.az xəbər verir ki, bu vəzifəyə Səadət Yusifova təyin edilib. Qeyd edək ki, son struktur islahatlarına qədər S.Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub. Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib. /APA