Nura illər öncə çəkilən yarıçılpaq FOTOsunu paylaşdı - Əxlaqsızın böyüyüdür
Bodrumda istirahətdə olan Nura Suri oradan paylaşdığı çimərlik fotolarına görə onu tənqid edənlərə sərt cavab verib.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, cazibədar ifaçı illər öncə yerli jurnallardan birinin üz qabığında çıxan yarıçılpaq fotosunu İnstaqram hesabından paylaşaraq açıq-saçıq geyiminə görə ona "əxlaqsız" nəzəri ilə baxanları susdurub.
Nura həmin şəxslərin onun barədə dedikləri neqativ fikirlərin əhəmiyyətsiz olduğunu qeyd edib:
"Mənim 2000-ci illərdən bəri belə foto-şəkillərim var internetdə və bu məni narahat etmir. Əgər kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Mən özümə və həyat tərzimə arxayınam. Tanımadığım bəd niyyətli insanların fikri vecimə deyil. Olsaydi əgər, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm".