Neymar 40 milyon avrodan imtina etdi
28-01-2025 14:14
Baxış sayı:
1324
Braziliyalı hücumçu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqaviləsini pozmaq üçün yüksək məbləğdə puldan imtina edib.
QOL.az xəbər verir ki, bu barəd Britaniya mətbuatı məlumat yayıb.
Futbolçu dərhal "Əl-Hilal"dan ayrılmaq və sabiq klubua qayıtmaq məqsədli ilə belə bir addım atıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayından "Əl-Hilal"ın formasını geyinirdi. O, bu mövsüm zədə səbəbindən "Əl-Hilal"ın heyətində bütün turnirlərdə cəmi 2 oyun keçirib. Daha əvvəl Neymarın sabiq klubu "Santos"a qayıdacağı haqda məlumatlar yayılmışdı.