Nazir icra başçısının qohumuna vəzifə verdi
6-04-2017 19:36

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.
Mia.az-a daxil olan məlumata görə, nazir nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin gəlirlər sektortunda məsləhətçi vəzifəsində çalışan Elxan Bədəlov Məşğulluq Mərkəzinə direktor təyin olunub.
Bu gün E.Bədəlov kollektivə təqdim edilib.
E.Bədəlovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumu olduğu bildirilir.