Nazarbayev Avrasiya İqtisadi İttifaqının fəxri sədri seçilə bilər – Vəzifə məxsusi olaraq onun üçün təsis edilir

Baxış sayı:
35731

«AzPolitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəxri sədri seçilə bilər.

Məlumatlı mənbəyə istinadla, «Kommersant» qəzetinin yazdığına görə, bu vəzifə məxsusi olaraq Nazarbayev üçün təsis edilir.

Mənbənin sözlərinə görə, Nazarbaynvin təcrübəsi və nüfuzu təşkilatın beynəlxalq səhnədə mövqeyinin güclənməsinə kömək edər.

Xatrlatmaq yerinə düşər ki, Avrasiya İqtisadi İttifaqının yaradılması ideyası məhz Nazarbayevə məxsusdur. Bu təşkilata Qazaxıstandan başqa Rusiya, Belorus, Qırğızıstan və Ermənistan da daxildir.