​Mübarizə bitdi, İraqdan çıxırıq - Fransa

Baxış sayı:
1447

İŞİD-ə qarşı mübarizə sona çatdı, İraqdan çıxırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa ordusunun sözçüsü Patrik Steyger deyib.
“Fransa əsgərlərinin regiondakı missiyası sona çatdı. Bir müddət sonra əsgərlərimizin çəkilmə prosesi başlayacaq”, - deyə ordu nümayəndəsi bildirib.
Qeyd edək ki, Fransa hərbçiləri İŞİD-ə qarşı koalisiyanın tərkibində yer alırdı.