"Mövsümün əvvəlində deyərdim ki, yaxşı nəticədir" - Kurban Berdıyev

Baxış sayı:
2395

“İki fərqli hissə oldu. Birinci hissədə futbolçular bir qədər həyəcanlandılar. Lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oyun oldu. İkinci hissəni götürsək oyundan razı qaldıq. Hər kəs aktiv və yaxşı oynadığına görə dəyişiklik etmədim. Zədəsi olmasına baxmayaraq sonda Milleri oyuna buraxdım. Onunla danışmışdıq ki, ehtiyac olarsa sonlarda meydana çıxa bilər”.

Bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 18-ci turunda öz meydanlarında "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
 

O, futbolçusu Ayxan Hüseynovun son vaxtlar oynamamasından danışıb: "Oyunun gedişatında kimin yaxşı oynadığını görürəm. Ona görə əvvəlcədən dedim ki, yaxşı oynadıqlarına görə əvəz etmədim. Əgər oyunçular aktivdirsə, buna ehtiyac duymuram". 

Mütəxəssis komandasının son oyunlardakı nəticəsindən də söz açıb: "Mövsümün əvvəlində, bəlkə də, deyərdim ki, yaxşı nəticədir. Amma elə oyunlarımız oldu ki, biz çox vacib xallar itirdik. Ona görə bununla bağlı ikili hisslər yaşayırıq".