Mobil telefonların dəhşətli fəsadları - GƏNCLƏRİN BEYNİNİ POZUR VƏ...
Rays Universitetinin alimləri artıq çəki, piylənmə ilə gənclərin telefona bağlılığı arasında əlaqə üzərində araşdırma aparıblar.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, alimlər 2 mərhələdə tədqiqat aparıblar. Əvvəlcə 18-23 yaş arası 132 nəfər könüllü suallara cavab verib, multi media isə göstəriciləri qiymətləndirib. Bu aparat insanın smartfon və planşetdən nə qədər çox istifadə etdiyini və uyğun olmayan yer və zamanda da telefondan asılı qaldığını üzə çıxara bilir. Məsələn, bəziləri işdə, söhət zamanı da telefonda olub. Paralel olaraq həmin insanların bədən kütləsi indeksi ölçülüb.
Məlum olub ki, multimediada yüksək göstəriciləri olan gənclərin bədən kütləsi də normadan çox olub, onlarda daha çox piylənmə baş verib.
Beləliklə, alimlər bu nəticəyə gəlib ki, smartfonlardan həddən artıq istifadə piylənmə riskini artırır və gənclərin beynində qida, iştah nöqtələrində pozulma baş verir.