Məmurlar haqqında ən çox yazan saytlar - HƏFTƏNİN STATİSTİKASI

Baxış sayı:
11017

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd edək ki, ötən həftə - 26 mart-01 aprel 2018-ci il tarixində həftəlik təhlil üçün əldə edilən 96 məlumat ümumilikdə 58 elektron KİV-də yayılmışdır. Onlardan 36-da bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həmin saytların paylaşım statistikası aşağıdakı cədvəldəki kimi olmuşdur:

Həftə ərzində 22 elektron KİV arasında teref.info ən çox bu kimi məlumatları paylaşmışdır. Paylaşdığı 6 məlumatdan 4-ü ilk dəfə bu saytda verilmişdir. Paylaşıllan bu məlumtlardan 3-ü İcra başçılarından, 1-i isə deputat Eldar Quliyevdən bəhs edir.
Xatırladaq ki, əvvəlki həftə həftəlik təhlil üçün əldə edilən 48 məlumat ümumilikdə 34 elektron KİV-də yayılmışdır. Onlardan 10-da bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həmin həftə ərzində Gününsəsi.info, legion.az, Qafqazxəbər.az və Fia.az, G sayıtlarının hərəsində 3,   qalan 6  sayıtlarınının hərəsində isə məlumatlardan yalnız 2-si paylaşılmışdır.



Muxalifet.az