Məktəbli qızların yubkasının uzunluğunu ölçən direktorun səs yazısı yayıldı - Video

Baxış sayı:
475

Türkiyədə məktəblərdən birində qalmaqal yaşanıb. Qız şagirdlərin yubkasının uzunluğunu ölçən məktəb direktorunun səs yazısı yayılıb. Hadisə Siirt şəhərində baş verib. Səs yazısında direktor F.K.-nın şagirdləri təhqir etdiyi eşidilir: “Tərbiyəsiz, kəs səsini. Sən dənizə getmirsən, çimərlik paltarı ilə gələ bilməzsən bura. Sənin yataq otağın deyil bura. Yubkanı daraldaraq, qısaldaraq, baldırını göstərərək deyil. Saçın arxadan yığılmalıdır”. Məsələni Türkiyə Təhsil Nazirliyi nəzarətə götürüb. Bəyanatda Siirtdəki Anadolu Liseyində direktorun şagirdlərdən birini təhqir etdiyi, buna görə işindən kənarlaşdırıldığı bildirilir. Eyni zamanda, məsələ ilə bağlı araşdırma aparılır.//Bizimyol.info