​Millimiz Rusiya və İranla qarşılaşacaq

Dekabrın 2-dən 7-dək futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində təşkil olunacaq “4 Top Nations” ənənəvi beynəlxaq turnirində iştirak edəcək.
Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.
Turnirdə yığmamızla bərabər, İran, Qazaxıstan və Rusiya milliləri də iştirak edəcək.

3 dekabr
İran – Azərbaycan
4 dekabr
Azərbaycan – Rusiya
6 dekabr
Azərbaycan - Qazaxıstan