Məhkəmə Atambayevin həbsini qanuni saydı

Baxış sayı:
10511

Bişkekin Bir May Rayon Məhkəməsi eks-prezident Almazbek Atambayevin həbsini qanuni sayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə keçmiş prezidentin vəkili Sergey Slesarev bildirib. Slesarev məhkəməyə Atambayevin həbsinin qanunsuz olması ilə bağlı şikayət versə də, onun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Atambayev hazırda Milli Təhlükəsizlik Komitəsində saxlanılır.