Messisiz və Ronaldosuz "El Klasiko" - 11 İLDƏ İLK DƏFƏ
28-10-2018 10:51
Baxış sayı:
1363

Bu gün İspaniya La Liqasında milyonlarla insanın səbrsizliklə gözlədiyi "Barselona” - "Real Madrid” matçı oynanılacaq.
"El Klasiko" adlandırılan matç Bakı vaxtı ilə saat 19:15-də "Nou Kamp" stadionunda başlayacaq.
Maralıdır ki, "El Klasiko" son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçiriləcək. Argentinalı futbolçu zədəli olduğundan oyuna qatılmayacaq, portuqaliyalı ulduz isə hazırda “Yuventus”un heyətində çıxış edir.