Medvedyev İrəvana gedir: 102-ci bazanı ziyarət edəcək

Baxış sayı:
8752

Rusiya baş naziri Dmitri Medvedyev Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak üçün aprelin 29-da Ermənistana gedəcək.
 
Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
Medvedyevin İrəvanla bərabər Gümrü şəhərində olacağı bildirilib. O, burada Rusiyanın 102-ci bazasının hərbçiləri ilə görüşəcək.