MAKMASTER: Tramp istənilən an Pxenyanı vura bilər

Şimali Koreyanın nüvə problemini sülh yolu ilə həll etmək zamanı tükənir.
Bu barədə ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster danışıb.
Makmasterin sözlərinə görə, Koreya yarımadasında nüvə silahı mövcud olduqca Vaşinqton sakitləşməyəcək. Ölkə başçısı Donald Tramp Asiya-Sakit okean regionuna səfəri zamanı bütün qüvvələr və vasitələri tətbiq etməyə hazır olduğu barədə xəbərdarlıq edəcək.
Bundan əlavə, ABŞ Şimali Koreyanı terrorçuluğu dəstəkləyən ölkələr siyahısına qaytarmaq niyyətindədir. Bu isə öz növbəsində Donald Trampa istənilən zaman Pxenyana zərbə endirmək şansı verəcək./axar.az/