Lukaşenko da koronavirusa yoluxubmuş - VİDEO

Baxış sayı:
2788

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxubmuş. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi iclasda bildirib. Lukaşenkonun sözlərinə görə, infeksiyanı asimptomatik və yataq rejimi olmadan keçirib. Prezidentin orqanizmində infeksiya olması barədə məlumatı həkimlər dünən veriblər. Lukaşenko virusa harda yoluxması haqda danışmayıb.

Qeyd edək ki, Lukaşenko pandemiya dövründə ölkədə heç bir karantin rejimi tətbiq etməyib. Hətta mayın 9-da Belarusda Qələbə günü münasibətilə parad keçirilib.