​Leyla Yunusun yeni “siyasi məhbus” siyahısı…

Baxış sayı:
3794

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq” son həbslər və məhkəmə prosesləri nəzərə alınmaqla siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. “Turan” yazır ki, siyahıda 158 ad var. Bu, cari ilin 13 may tarixli siyahısında olduğundan üç nəfər çoxdur.
Siyasi məhbusların sayı koronavirus dövründə repressiya qurbanlarının hesabına artıb. Onlar AXCP fəalları Niyaməddin Əhmədov və Səid Məmmədzadə, həmçinin “Azel” TV saytının təsisçisi Əfqan Sadıqovdur. Siyahı AŞPA-nın 2012-ci il tarixli 1900 saylı qətnaməsində müəyyən edilmiş meyarlara əsasən tərtib edilib. Tərtibçilər, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənovdur.
Əvvəla onu demək istəyirəm, Allah hər kəsin qapısını açsın. Kimsəyə məhbəs həyatı arzulamıram, çünki adı belə vahiməlidir. Amma o siyahını ki, Leyla Yunus tərtib edir, başında o durur, orasını-burasını o rahatlayır, həmişə həmin siyahıya şübhəm var. Orada ədalət və vicdandan söz gedə bilməz. Bu qadın Azərbaycana da, siyasi mövqeyindən asılı olmayaraq, azərbaycanlılara da nifrət edir.
Sadəcə bir məqam mənə maraqlıdır, Azərbaycanda milli medianın adını ləkələyən Əfqan Sadıxova dair Leyla Yunusun planı nədir? Axı Əfqan böyük məbləğdə rüşvət üstündə həbs olundu. Axı nə zamana qədər kamera qarşısına keçən hər bir adam media siması, media adamı, jurnalist olacaq. Axı jurnalistlik kimlərdənsə peşə adını vəsait toplamaqla məşğul olmaq demək deyil. Jurnalist peşələr arasında ən alilərdən, hətta ən baş yeri tutanıdır. Bir sözlə, bu siyahı nə qədər ədalətlidir, bir onu bilmədim?!.
Jalə MÜTƏLLİMOVA