Kim “Milli Məclis özünü çoxdan buraxıb” yazırsa, o, axmaqdır” - Mehman Hüseynovun sualı deputatı ÖZÜNDƏN ÇIXARDI - VİDEO

Baxış sayı:
5896

Tanınmış bloqer Mehman Hüseynov bu dəfə Milli Məclisdə növbədən kənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə münasibət öyrənmək üçün deputatlara üz tutub.
Muxalifet.az xəbər verir ki, bloqerin “Milli Məclis özünü buraxır yoxsa yox?” və "Milli Məclis qocalar evinə bənzəyir" tipli atmacalı suallarına ilk cavabı Aqil Abbas verib: 
“Milli Məclis özünü buraxır yox, növbədən kənar seçkilərə gedir. Cənab Prezidentin fərmanı ilə vaxtı da bilinəcək. YAP çoxluq təşkil edir və onlar növbədən kənar seçki keçirmək istəyirlərsə, qarşısını almaq olmaz. Yəni yeni heç nə yoxdur. Kim “Milli Məclis özünü çoxdan buraxıb” yazırsa, o, axmaqdır”. 
Mehman Hüseynov eyni sualla Vahid Əhmədova da müraciət edib. 
Deputat bu sualı gülüşlə qarşılayıb: “Ümumiyyətlə bu barədə çox söhbətlər gedir. Milli Məclisin yenilənməsinə ehtiyac var. Müasir tələblərə cavab verən bir Parlament qurulmalıdır. Siyasətdə qoca, cavan söhbəti yoxdur. Yaşlı insanlar daha çox fəal və təcrübəli olurlar.//Yeni Sabah