Kataloniya rəhbərini deputat mandatından məhrum etmək istəyirlər - PARLAMENTƏ 48 SAAT VAXT VERİLDİ

Baxış sayı:
2574

Barselona vilayətinin seçki komissiyası Kataloniya parlamentinə Kataloniyanın rəhbəri Kim Torranın deputatlıq mandatını ləğv etməsi üçün 48 saat vaxt verib.

Yerli KİV-lər xəbər verir ki, bundan öncə İspaniya Mərkəzi Seçki Komissiyası oxşar tələblə Kataloniya parlamentinin spikeri Roje Torrenə müraciət edib.

Mətbuat hələlik Torranın deputat mandatından məhrum olacağı təqdirdə Kataloniya rəhbərliyindən də uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqqında heç bir informasiyanın olmadığını bildirib.

Qeyd edək ki, Torra 2018-ci ildən Kataloniya rəhbəridir. O, Kataloniyanın müstəqilliyinin tərəfdarı kimi tanınır./Vitualaz.org