​Kadırov Putinə şeir yazana Ayfon vəd etdi

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putin haqqında ən yaxşı şeir yazan şəxsə “Ayfon X” hədiyyə edəcəyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb. O, hazırda sahib olduğu “Ayfon X” telefonunu ona Çeçenistanın KVN komandasının hədiyyə etdiyini bildirib.
Qeyd edək ki, “Ayfon X” Rusiyada cümə günündən satışa çıxarılıb. Onun dəyərinin 79,9 min rubl olduğu bildirilib.
Kadırov ötən gün verdiyi açıqlamasında “Ayfon X” telefonuna sahib olması barədə xəbəri yalanlamış və bu telefonun ardınca qaçmadığını bildirmişdi.