İstanbulda 26 bina boşaldıldı: Təhlükə...

Baxış sayı:
13600

Türkiyənin İstanbul şəhərində çökmə təhlükəsi olan daha 26 bina boşaldılıb.
Muxalifet.az xəbər verir ki, sakinlər otellərə yerləşdirilib.
Əraziyə baxış keçirən Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum hadisə ilə bağlı məlumat verib. Bildirib ki, çökmə hadisəsi ilə bağlı ərazinin coğrafi təhlilləri aparılır.
Qeyd edək ki, bir neçə gün öncə İstanbulun Kağızxana rayonunda torpaq sürüşməsi nəticəsində dördmərtəbəli bina uçub.