İsrailin Suriyada davamlı olaraq vurduğu İran obyektlərinin sirri

Baxış sayı:
27898

Hamada istehsal olunan raketlər Tel-Əviv üçün potensial təhdidə çevrilib

İsrail ordusu növbəti dəfə Suriya ərazilərini bombalayıb. Aprelin 13-də həyata keçirilən hava zərbələri Suriyanın Hama şəhəri yaxınlığındakı hərbi sənaye müəssisəsinə endirilib. Hərbi müəssisələrin iranlılara məxsus olduğu və burada raket istehsal edildiyi bildirilir.

Maraqlıdır ki, İsrail aviasiyasının bombaladığı hərbi müəssisəni ötən il Rusiyadan alınmış və bu ilin yazında istifadəyə verilmiş S-300 hava hücumundan müdafiə sistemləri qoruyub. Lakin İsrail ordusu səsdən iti ən yeni raket tətbiq edib.

Hamanın şimalında Masyaf rayonu yaxınlığında yerləşən obyekt “Rampage” raketləri tərəfindən vurulub. 4,7 metr uzunluğu və 570 kiloqram ağırlığı olan “Rampage” raketləri GPS sistemləri vasitəsilə istənilən hava şəraitində və günün bütün saatlarında hədəfi vurmaq qabiliyyətinə malikdir. “Rampage” raketləri 150 kilometr məsafəni vurmaq iqtidarındadır və 4-cü və 5-ci nəsil F-15, F-16 qırıcılarında quraşdırıla bilir.

Suriya mediası İsrail raketlərinə qarşı hava hücumundan müdafiə sistemləri tərəfindən cavab atəşi açıldığını bildirib. Lakin nəticə haqda məlumat verməyib. O da bildirilir ki, İranın ballistik raket istehsalı həyata keçirdiyi ehtimal olunan Masyafdakı hərbi araşdırma və istehsal mərkəzi daha əvvəl 2017 və 2018-ci illərdə də İsrailin hücumlarına məruz qalıb. Bundan başqa, İsrail aviasiyasının Masyaf rayonunda Şeyx Qadban məntəqəsindəki İran ordusuna məxsus “Talai” bazasını vurub.

İsrail Suriye'de İran obyektlərini ile ilgili görsel sonucu

O da bildirilir ki, hava-yer tipli “Rampage” raketləri İsrailin IMI şirkəti tərəfindən işlənib hazırlanan “EXTRA” yerüstü raket sisteminin modifikasiyasıdır. “Virtualaz.org” saytının məlumatına görə, bu raketlər İsraillə yanaşı 2013-cü ildən etibarən Azərbaycan və Vyetnam ordularının silahlanmasında yer alır. Azərbaycan Silahlı Qüvvələrinin “EXTRA” raketləri dəfələrlə hərbi paradlarda və təlimlərdə nümayiş olunub. Raketlər 150 kilometr mənzillidir və 120 kiloqram ağırlığında döyüş  başlığı ilə təchiz olunub.

“EXTRA” raketləri IMI tərəfindən işlənib hazırlanan “LYNX” buraxılış qurğusundan buraxıla bilər, lakin digər münasib buraxılış qurğularında da tətbiq edilməsi mümkündür.

IMI həmin raketlərin hava-yer versiyasını işləyib hazırlayıb və bu ildən etibarən seriya istehsalını həyata keçirir. “Rampage” raketləri “EXTRA” raketlərindən ancaq xarici dizaynında edilmiş cüzi dəyişikliklərlə fərqlənir. Bu raketlərin ilkin variantı “MARS” adlandırılmışdı, daha sonra şirkəti raketə “Rampage” adı verib.

Talai syria ile ilgili görsel sonucu

Artıq 3-cü ildir ki, Hamadakı İran bazası İsrail tərəfindən ardıcıl olaraq hədəfə alınır. Əlbəttə, Suriyanın digər nöqtələrində, o cümlədən cənubda, yəni İsrail sərhədləri yaxınlığında İran və Hizbullaha məxsus hərbi obyektlər var. Lakin İsrailin məhz buranı hədəfə almasının xüsusi səbəbi var. Bu isə obyektin sirridir. Məsələ ondadır ki, Hamada İran ordusu texnikləri yeni ballistik raketlərin istehsalı üzərində çalışır. Yəni İran indi raketləri Suriyaya gətirməyəcək, bunların Suriyada istehsalını təşkil edəcək. Bu, daha əvvəl sınaqdan çıxmış və bir neçə ölkədə artıq tətbiq olunmuş metoddur. Yəni Hamada ballistik raketlər istehsal olunduqdan sonra təkcə Suriya deyil, eyni zamanda Hizbullah, Həmas, İslami-Cihad kimi qruplaşmalar da ballistik raketlərə sahib olacaq və İsrailə qarşı ciddi təhdid yaradacaqlar. Yəni Yaxın Şərqdəki silahlı qruplar istədikləri zaman İsrail ərazilərini hədəfə ala biləcək. Bu isə İsrail üçün bütün digər silahlı qruplardan daha ciddi təhdiddir. Məsələ ondadır ki, Livan Hizbullahının hazırda 150 min (2006-cı ildə 33 min hesab olunurdu - K.R.) raketinin olduğu və raketlərin böyük qisminin İsrail ərazisini vurmağa qadir olduğu bildirilir. Bunların arasında 45 km məsafəyə uçan Fəcr-4, 75 km məsafəli Fəcr-5 və 200 km məsafəyə uça bilən “Zelzal-2" raketləri var. Bu raketlərin əksəriyyəti İran istehsalıdır.

Ancaq indi bu silahlar Suriya və Livan ərazisində istehsal olunur. Yeni ballistik raketlərin Suriya ərazisində istehsalı İsrail ərazisini açıq hədəfə gətirə bilər. Bu səbəbdən də İsrail aviasiyası bir qayda olaraq məhz Hama və ətrafına hücum edir. Hansı ki, İsrail üçün daha ciddi təhlükə mənbəyidir./musavat