İsraildən Trampa təpki: ŞOKDAYIQ

Baxış sayı:
6073

İsrailin “Yedioth Ahronoth” qəzetində yer alan xəbərə görə, İsrail hökümətinə məxsus üst səviyyəli bir mənbə, ABŞ prezidentinin "İranın Suriyada istədiyini edə biləcəyi” istiqamətindəki açıqlamalarına münasibət bildirərək, "Prezident Trampın sözləri kəşfiyyat təşkilatlarının tövsiyələrinə zidd oldu və bu Trampın sahədə nələr olduğunu anlamadığını göstərir" deyib.
 
İSRAİL OLARAQ ŞOKDAYIQ
 
Trampın xüsusi xidmət orqanlarına təqdim olunan sübutları nəzərə almamasının kədərli olduğunu bildirən mənbə, “İsrail olaraq şokdayıq, Tramp İranın bölgədəki hərbi varlığının mahiyyətini dərk etmir” deyib.
ABŞ prezidenti Trampın ən azından İsrailin Suriyadakı əməliyyatlarına qarşı olmadığını ifadə edən mənbə, belə davam edib:
“Prezident Trampın açıqlaması bizim üçün vəziyyəti dəyişməyəcək. İranın hərbi varlığına qarşı sərt addımlar atmağa davam edəcəyik".
Qeyd edək ki, Tramp ABŞ-ın Suriyadan çəkilmə qərarı kontekstində İran haqqında dünən verdiyi açıqlamada, bu ölkənin vəziyyətinin sanksiyalar nəticəsində dəyişdiyini ifadə etmiş və "İran Suriyada istədiyini edə bilər” demişdi.
Müxalifət.az