İsrailə pis xəbər: S-300-ün hədəfində olacaq!

Baxış sayı:
2221

“Rossiya Segodnya” Beynəlxalq Xəbər Agentliyinin keçirdiyi mətbuat toplantısında iştirak edən Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko, "S-300 raketlərinin mənzili 250 kilometrdir və əgər S-300-ün yerləşdiriləcəyi nöqtəni mərkəz alaraq çevrə çəksək İsrail üçün yeni bir vəziyyətin yarandığını görərik. Potensial olaraq İsrail hava qüvvələri demək olar ki, tamamilə bu sistemin mənzilində və hədəfində yer alır" deyə açıqlama verib.
 
İSRAİL HƏR CÜR TƏXRİBATDAN UZAQ DURMALIDIR
 
İsrailin hazırkı vəziyyətdə təxribatlardan uzaq durmaq məcburiyyətində qalacağını qeyd edən Korotçenko, "Əlbəttə, Rusiya qarşıdurmaya maraq göstərmir, amma yeni bir həqiqətin ortaya çıxması səbəbiylə İsrail daha diqqətli olmalı və hər cür təxribatdan uzaq durmalıdır" deyib.
 
 S-300de İstifadə Olunan YENİ TEXNOLOGİYALARIN, İSRAİL VƏ ABŞ-a SIZDIĞI SPEKULYASİYALARI HƏQİQƏTİ YALAN
 
 Yunanıstan və Kiprin, sahib olduğu S-300 sistemlərinin texnologiyalarını ABŞ və İsrailə verdiyi iddialarını qiymətləndirən Korotçenko, "Bütün dizayn, istehsal və daşıma mərhələlərində tətbiq edilən məlumat qoruma, əks-kəşfiyyat və rejim tədbirləri sistemi, Rusiyanın S-300-də istifadə edilən yeni texnologiyaların yeganə sahibi olaraq qalmasını təmin edir. Bu səbəblə, texnologiyaların İsrail və ABŞ-a sızdığı spekulyasiyaları yalandan ibarətdir" deyib.
Müxalifət.az