İspaniyada qar fırtınası: Bir neçə oyun təxirə salındı

Baxış sayı:
4921

Futbol üzrə İspaniya Primerasında XVIII turun "Elçe" - "Xetafe" oyunu və Sequndadakı bir neçə qarşılaşma təxirə salınıb.Müxalifət.az ın La Liqanın rəsmi saytına istinadən məlumatına görə, buna qar fırtınası səbəb olub.

Qərara əsasən, Sequndanın "Mirandes" - "Rayo Valyekano", "Alkorkon" - "Albasete" və "Leqanes" - "Almeriya" matçları qeyri-müəyyən tarixə ertələnib.

"Sportinq" - "Fuenlabrada" və "Elçe" - "Xetafe" görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.